İKT
İspaniyada da "X" in "kitabı" bağlanır
İspaniyanın gənclər naziri Sira Reqo insan hüquqlarının ciddi şəkildə pozulması səbəbindən ölkədə "X" sosial şəbəkəsinə girişin məhdudlaşdırıla və ya qadağan edilə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Politoco” məlumat yayıb.
Qeyd edilib ki, bu, Baş nazir Pedro Sançesin 16 yaşından kiçik şəxslərə sosial şəbəkələrdən istifadəni qadağan etmək planlarını sürətləndirdiyi bir vaxta təsadüf edir. Həmin təklifin gələn həftə Nazirlər Şurasına təqdim olunacağı gözlənilir.
Fevralın 4-də İspaniya hökuməti rəqəmsal platformalardan sui-istifadə hallarına qarşı mübarizə və təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədilə yeni tədbirlər paketini elan edib.
Baş nazir sosial şəbəkələrin qanunların tez-tez pozulduğu və cinayətlərin törədildiyi bir məkana çevrildiyini qeyd edib.
Pedro Sançes həmçinin İlon Mask və Pavel Durovun onun bu təşəbbüslərinə yönəlmiş tənqidlərinə cavab verərək, bu cür etirazların ölkənin doğru yolda olduğunu təsdiqlədiyini bildirib.
Bundan öncə isə Pavel Durov İspaniyanın mühafizə adı altında hər kəsin izlənildiyi bir ölkəyə çevrildiyini iddia etmişdi.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















