İKT
Oyun həvəskarlarına "Nvidia"dan üzücü xəbər
Şayiələrə görə, "Nvidia" şirkəti 2026-cı ildə istehlakçılar üçün yeni videokartlar təqdim etməyə bilər.
Publika.az "PCWorld"in insayderlərinə istinadla xəbər verir ki, "RTX 50 Super" modelinin yenilənməsi isə təxirə salınıb və ya tamamilə ləğv edilib.
Əgər bu məlumat təsdiqlənsə, uzun müddətdən bəri ilk dəfə şirkətin yeni oyun qrafik prosessorları (GPU) çıxarmadığı bir il olacaq. Həmçinin 2027-ci ilin sonuna gözlənilən növbəti nəsil RTX 60 kartlarının da gecikə biləcəyi bildirilir.
Mövcud vəziyyət qlobal yaddaş çipləri qıtlığı və şirkətin prioritetlərinin yüksək tələbatın müşahidə olunduğu məlumat mərkəzləri üçün süni intellekt çiplərinə doğru dəyişməsi ilə əlaqələndirilir. "Nvidia"nın gəlirlərində oyun videokartlarının payı 2022-ci ildəki 35 faizdən 2025-ci ildə təxminən 8 faizə qədər azalıb. Bununla yanaşı, süni intellekt həlləri daha yüksək qazanclılıq təmin edir.
Süni intellekt üçün məlumat mərkəzlərinin kütləvi inşası yaddaş çiplərinin çatışmazlığına səbəb olub ki, bu da elektronika qiymətlərinin artmasına gətirib çıxarır. Kompüter istehsalçıları cihazların qiymətinin 20 faizdən çox bahalaşa biləcəyi barədə xəbərdarlıq edirlər, ekspertlər isə bu qıtlığın aylar və ya illərlə davam edə biləcəyini hesab edirlər. Daha əvvəl "Valve" şirkəti də yaddaş böhranı səbəbindən "Steam Machine" konsolunun gecikməsi ilə bağlı vəziyyətə rəsmi münasibət bildirmişdi.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















