İKT
Psixoloq həyəcan təbili çaldı - Uşaqlar onlayn oyunların tələsinə belə düşürlər
Kompüter oyunu tərtibatçıları gənc istifadəçilərin diqqətini saxlamaq üçün daimi mükafatlar və nailiyyətlər sistemindən istifadə edirlər.
Publika.az xəbər verir ki, bu barədə psixoloq Yelena Kalaşnikova News.ru saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu yanaşma təməl neyrobioloji mexanizmlərdən istifadə edərək sonsuz inkişaf illüziyası yaradır.
"Oyun tərtibatçılarının motivasiya formalaşması, həzz alma və nailiyyət hissi kimi baza neyrobioloji mexanizmləri istismar etməsini bir növ hiylə adlandırmaq olar. Səviyyələrin keçilməsi sistemi, uğur anlarının paylanması, personajların və texnikanın təkmilləşdirilməsi imkanları istifadəçidə daimi artım təəssüratı yaradır. Tez-tez "dofamin dəstəyi" adlandırılan bu proses, əslində nə zehni, nə də fiziki cəhətdən böyük səy tələb etməyən kiçik, lakin tez-tez verilən mükafatlardır. Bu zaman inkişaf demək olar ki, sonsuz olur. İnsan bu "nailiyyət qazanmaq" tələsinə və mükafatlardan alınan həzzin asılılığına düşür. Belə vəziyyətdə dayanmaq çox çətin olur", - Yelena Kalaşnikova qeyd edib.
Psixoloq əlavə edib ki, mükafat (premium) hesablarına və ya oyun valyutasına qoyulan pul vəsaitləri cəlbediciliyi artıran əlavə amilə çevrilir, çünki xərclənən vəsaiti psixoloji cəhətdən dəyərsizləşdirmək çətindir. Həmçinin, oyunlarda beyində başqaları qarşısında məsuliyyət hissini formalaşdıran sosial mexanizmlərdən də tez-tez istifadə olunur.
Onun sözlərində görə, premium hesabların spesifikası və oyun valyutasından istifadəni xüsusi qeyd etmək lazımdır:
"Xərclər prosesə bağlılıq effektini gücləndirir. İnsan düşünür ki, əgər artıq vaxt və pul sərf edibsə, deməli, daha çoxuna nail olmalıdır. Bu xərclərə haqq qazandırmaq üçün oyundan çıxmaq psixoloji olaraq daha da çətinləşir. Bütün bu sistemdə reytinqlər, klanlar və birgə missiyalar kimi sosial mexanizmlər də işə düşür. Sürətli həzz və ya xərcləri kompensasiya etmək istəyi ilə yanaşı, insanda başqaları qarşısında məsuliyyət hissi yaranır. O, özünü lazımlı hiss edir, uğurlarını nümayiş etdirmək istəyir və nəticədə oyun prosesinə daha dərindən bağlanır".
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















