İKT
"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb
Sərfəli mobil operator "Nar"ın tərəfdaşlığı ilə Gənclər Fondunun Gənclər Gününə həsr etdiyi "GəncVİZYON" ideyatonu uğurla yekunlaşıb.
Layihə çərçivəsində 18–29 yaş aralığında 240 gənc 40 komanda şəklində gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalar üzərində çalışıblar. Mentorların dəyərləndirməsi nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. İdeyatonun final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən 3 komanda qalib elan olunub. Bağlanış mərasimində rəsmi şəxslər və tərəfdaşlar bu cür təşəbbüslərin gənclərin strateji düşüncə və gələcəyə yönəlik baxışlarının formalaşmasında əhəmiyyətini vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq təşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativ gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir.
2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketlərivə müasir eSim texnologiyası təqdim edir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















