İKT
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.
Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.
Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı xəbərlər səhifəsindən əldə etmək olar.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)










.jpg)


















