İKT
Çinin istehsal etdiyi smartfonlardakı gizli təhlükə - Məşhur bloqçu üzə çıxardı
Məşhur texnologiya bloqçusu Markes Brounli (MKBHD) son illərdə bir sıra Çin smartfon istehsalçıları tərəfindən fəal şəkildə istifadə edilən silikon-karbon batareyalarını tənqid edən video yayımlayıb..
Publika.az xəbər verir ki, bloqçu bu cür batareyaların yaratdığı risklərdən danışıb.
Onun sözlərinə görə, bu texnologiya cihazın ölçüsünü böyütmədən enerji tutumunu artırmağın bir yolu kimi təbliğ olunur, lakin bu cür batareyaların uzunömürlülüyündən şübhə edilməlidir.
O izah edib ki, belə batareyalar doldurulduqda anoddakı silikon litium ionlarını udur və həcmi üç dəfəyə qədər genişlənə bilir, boşaldıldıqda isə orijinal ölçüsünə qayıdır.
Bloqçu davamlı genişlənmə və daralmanın zamanla strukturda mikrozədələnməyə səbəb ola biləcəyini və batareya tutumunun azalmasını sürətləndirəcəyini söyləyib.
O, həmçinin qeyd edib ki, "Apple" və "Samsung" da daxil olmaqla böyük qlobal brendlər hələ də kütləvi bazar modellərində silikon-karbon batareyalarından istifadə etmirlər. Brounli bunu şirkətlərin nüfuzunu itirmək riski və potensial xərclərlə üzləşmək istəməməsi ilə əlaqələndirib.
Onun bu təhlili peşəkarlar və istifadəçilər arasında qızğın müzakirələrə səbəb olub. Bəzi izləyicilər bloqçunun sözlərinə şübhə ilə yanaşıblar və yeni batareyalarla bağlı konkret statistika tələb ediblər.
Yeni texnologiyadan istifadə edən istehsalçılar isə hələlik heç bir ictimai şərh verməyiblər.
Ləman
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)










.jpg)


















