İKT
“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır
“WhatsApp”da mesajların mətnini "spoyler" altında gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilməyə hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə "TestFlight" vasitəsilə tətbiqin iOS üçün nəzərdə tutulmuş son sınaq versiyasında sözügedən seçimi aşkar edən "WABetaInfo" (WBI) portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, istifadəçilər ayrı-ayrı sözləri və ya bütün mesajı gizlədə biləcəklər. Bu prosedurdan sonra mətn boz rəngli zolaqla örtüləcək. Məzmunu görmək üçün qəbul edən şəxs gizli sahənin üzərinə sıxmalı olacaq. Analoji funksiya 2021-ci ilin sonundan etibarən "Telegram"da mövcuddur.
“WhatsApp”da bu seçim formatlaşdırma menyusunda qalın, kursiv və üstü cızılmış yazı alətlərinin yanında görünəcək. Həmçinin sintaktik üsul da nəzərdə tutulub: mətni gizlətmək üçün lazımi fraqmentin əvvəlinə və sonuna qoşa şaquli xətt əlavə etmək kifayətdir.
Qeyd olunur ki, seçim hələ hazırlıq mərhələsindədir və hətta beta-testerlər üçün də əlçatan deyil. Şəkillər və digər mesaj növləri üçün (“Telegram”da olduğu kimi) spoyler dəstəyinin olub-olmayacağı barədə hələlik məlumat yoxdur.
Mətni spoyler altında gizlətmək imkanının “WhatsApp”ın rəsmi versiyasında nə zaman görünəcəyi açıqlanmır.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)










.jpg)


















