İKT
Həmin gün bütün dünya evə qapana bilər
Oyun dünyasının ən çox gözlənilən layihəsi olan “Grand Theft Auto 6”nın (GTA 6) 19 noyabrda satışa çıxarılacağı ilə bağlı xəbərlər artıq oyun həvəskarlarını hərəkətə keçirib.
Publika.az xəbər verir ki, 13 illik uzun fasilədən sonra gələn oyunun qlobal səviyyədə ciddi iqtisadi, infrastruktur və sosial təsirlərə malik fenomen olacağı proqnozlaşdırılır.
Ekspertlər xəbərdarlıq edirlər ki, tarixin ən böyük büdcəli media məhsulunun çıxışı ilk gün dünyada kütləvi işə və dərsə davamiyyətsizliyə, həmçinin milyonlarla insanın eyni anda nəhəng həcmli faylları yükləməsi səbəbindən qlobal internet trafikində ciddi yüklənmələrə yol aça bilər. Bundan əlavə, oyunun çıxış günü evə qapanmaların da olacağı istisna edilmir.
İnsayderlərin fikrincə, “Rockstar Games” üçün hazırda ən vacib məsələ oyunun real dünyadakı yan təsirlərini idarə etmək və görünməmiş oyunçu kütləsinə tab gətirə biləcək server infrastrukturunu təmin etməkdir. Analitiklər oyunun satış rekordlarını alt-üst edəcəyini, eləcə də həm iqtisadi, həm də mədəni sahədə yeni bir era başladacağını vurğulayırlar.
Xatırladaq ki, “Rockstar Games” oyunun bu ilin noyabrında çıxacağına dair ilkin siqnallar yaysa da, ümumi dəyəri 2 milyard dollar həcmində qiymətləndirilən layihənin satışa çıxarılmasının növbəti ilə təxirə salınacağı ehtimalı da gündəmdə qalır. (“Qafqazinfo”)
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)










.jpg)


















