İKT
İT layihələrinin uğurlu idarə olunmasının yolu - Tələbələr üçün seminar keçirildi
“Step IT Academy”də “İT layihələrinin idarə edilməsi” mövzusunda tələbələr üçün seminar keçirilib.
Akademiyadan Publika.az-a verilən məlumatda bildirilir ki, tədbirdə “İT Station” şirkətinin İcraçı direktoru Bünyad Həbibov, İT layihələndirmə şöbəsinin rəhbəri Naib Həsənov və şirkətin texnologiya direktoru (CTO) Eşqin Nuruşov çıxış edib. Seminar çərçivəsində iştirakçılara İT layihələrinin planlaşdırılması, idarə olunması və uğurla icrası ilə bağlı ətraflı məlumat verilib.
Spikerlər İT layihələrində vaxtın düzgün planlaşdırılmasının, büdcənin effektiv idarə edilməsinin və proseslərin sistemli şəkildə qurulmasının layihənin ümumi nəticəsinə birbaşa təsir etdiyini vurğulayıblar. Bildirilib ki, layihənin başlanğıc mərhələsində düzgün analiz və məqsədlərin dəqiq müəyyənləşdirilməsi gələcək risklərin minimuma endirilməsinə imkan yaradır.
Seminarda həmçinin layihələrin idarə olunmasında komanda işinin rolu, tapşırıqların bölgüsü, prioritetləşdirmə və monitorinq mexanizmləri barədə danışılıb. Real iş təcrübəsinə əsaslanan nümunələr təqdim olunub, çətinliklər və onların həlli yolları iştirakçılarla bölüşülüb.
Tədbir interaktiv formatda təşkil olunub, tələbələr və iştirakçılar öz suallarını ünvanlayaraq praktik biliklərini artırmaq imkanı əldə ediblər.
Qeyd olundu ki, bu kimi seminarlar gənc mütəxəssislərin peşəkar inkişafına və İT sahəsində layihə idarəetməsi bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)









.jpg)



















