İKT
Diqqətli olun, pulunuz oğurlana bilər! - Video
Daxili İşlər Nazirliyi növbəti dəfə kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, vətəndaşlara kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edir.
Bildirilib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər.
Qeyd olunur ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir:
"Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.
Risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka məlumat verilməsi tövsiyə olunur.
Unutmayaq ki, kibertəhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq-sayıq olun. Şəxsi məlumatlar açardır, onu başqalarına vermə".
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)









.jpg)



















