İKT
Hesabınıza səhvən gələn pulu qətiyyən geri göndərməyin! - Xəbərdarlıq
Türkiyəli iqtisadiyyat üzrə mütəxəssis Dr. Serkan Varsak son vaxtlar geniş yayılan kart (Beynəlxalq Bank Hesabı Nömrəsi) fırıldaqçılığı üsulları barədə vətəndaşlara ciddi xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, fırıldaqçılar çirkli pulları yumaq məqsədilə təsadüfi şəxslərin hesabına kiçik məbləğdə pullar göndərirlər.
Proses belə işləyir:
Sizin hesabınıza tanımadığınız şəxsdən pul gəlir.
Az sonra kimsə zəng edərək deyir: "Bağışlayın, hesabınıza səhvən pul göndərmişəm, zəhmət olmasa, verdiyim bu kart nömrəsinə həmin pulu geri qaytarın".
Siz həmin pulu onların dediyi hesaba göndərdiyiniz an cinayətə ortaq olursunuz. Çünki pulu sizə göndərən şəxslə sizin qaytardığınız hesab fərqli olur və siz "pul yuma" zəncirinin bir halqasına çevrilirsiniz.
Əgər hesabınıza tanımadığınız bir şəxsdən pul gəlibsə:
Pulu birbaşa həmin şəxsə geri göndərməyin.
Dərhal bankınızla əlaqə saxlayın və vəziyyəti bildirin.
Bankdan həmin məbləğin gəldiyi hesaba (yalnız gəldiyi mənbəyə) geri qaytarılmasını və ya dondurulmasını tələb edin. Beləliklə, siz hüquqi məsuliyyətdən kənarda qalırsınız.
Mütəxəssis Serkan Varsak digər metodlar barədə də məlumat verib:
Xüsusilə universitet tələbələrinə aylıq müəyyən ödəniş qarşılığında kartlarını kirayə vermək təklif olunur. Bu, birbaşa cinayətdir və ağır hüquqi nəticələri var.
Avtomobil və ya daşınmaz əmlak saytlarında bazar qiymətindən çox ucuz elanlar yerləşdirilir. Müştəridən kiçik məbləğdə "beh" istənilir və bu yolla minlərlə insan aldadılır.
Şirkətlərin müştərilərlə yazışdığı nömrələr oğurlanır və müştərilərə "Şirkətin IBAN (Beynəlxalq Bank Hesabı Nömrəsi) nömrəsi dəyişdi, ödənişi bura edin" deyə saxta mesajlar göndərilir. (Milli.az)
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)









.jpg)



















