İKT
Qonşunun quraşdırdığı kamera narazılığsa səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qonşuluq münasibətlərini müzakirə mövzusuna çevirib.
Publika.az xəbər verir ki, vətəndaş qonşusunun qapısı üzərində quraşdırdığı təhlükəsizlik kamerasından narahat olduğunu bildirir. Onun sözlərinə görə, kameradan gələn səs gündəlik həyatına mənfi təsir göstərir və şəxsi rahatlığını pozur.
Maraqlıdır, yaşayış binasında təhlükəsizlik kamerası quraşdırılması qanunla necə tənzimlənir? Qonşuların hüquqları harada başlayır və harada bitir?
Hüquqşünas Mircavid Miriyev Baku TV-yə bildirib ki, mənzillərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə xüsusi qadağa nəzərdə tutulmayıb:
"Səs ciddi narahatlıq yaradır və hüquqları pozursa, vətəndaş qonşusuna müraciət edərək səsin azaldılmasını tələb edə bilər. Texniki baxımdan bu mümkün olmadıqda isə cihazın dəyişdirilməsini istəmək hüququ var. Hüquqlarının müdafiəsi üçün məhkəməyə mülki qaydada müraciət etmək də mümkündür".
Mütəxəssislər qeyd edirlər ki, təhlükəsizlik məqsədilə kamera quraşdırılması qanunla qadağan olunmasa da, bu zaman digər sakinlərin hüquq və mənafeləri mütləq nəzərə alınmalıdır. Xüsusilə səs-küy və şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlar yaranarsa, məsələ müvafiq qurumlar tərəfindən araşdırıla bilər. Belə hallarda tərəflər arasında razılıq əldə olunmadıqda hüquqi müstəvidə həll yollarına müraciət etmək tövsiyə olunur.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)









.jpg)



















