İKT
"Instagram" və "YouTube"dan 6 milyon təzminat aldı
ABŞ-də məhkəmə "Meta" və "Google" şirkətlərini sosial şəbəkələrin istifadəçilərdə asılılıq yaratmasına görə məsuliyyətli hesab edib. Qərar presedent sayılır və texnoloji nəhənglər ilk dəfə siqaret istehsalçıları ilə müqayisə olunub.
Publika.az xəbər verir ki, iddianı KGM baş hərfləri ilə tanınan qadın qaldırıb. O bildirib ki, uşaqlıqdan "YouTube" və "Instagram"dan istifadə edib, nəticədə depressiya və özünə zərər vermə halları yaranıb.
Məhkəmə qərarına əsasən, "Meta" 4,2 milyon, "Google" isə 1,8 milyon dollar təzminat ödəməlidir. Hakimlər hesab edib ki, şirkətlər məhsulların asılılıq yaratdığını bilsələr də, riskləri gizlədiblər.
Qərarda qeyd olunur ki, problem konkret məzmundan deyil, platformaların mexanizmlərindən — sonsuz ana səhifə, avtomatik video və tövsiyə alqoritmlərindən qaynaqlanır.
Bu iş minlərlə oxşar iddia üçün presedent yaradır və gələcəkdə texnoloji şirkətlərə qarşı məhkəmə dalğasının artacağı gözlənilir. (Trend)
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı






.jpg)








.jpg)






















