İKT
Pulsuz "Wi-Fi" təhlükəsi: Məlumatlarımızı necə qoruyaq? - Video
Kafedə, parkda və digər ictimai məkanlarda ilk axtardığımız çox vaxt pulsuz "Wi-Fi" şəbəkələri olur. Maddi xərc çəkmədən internetdən istifadə etmək cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi kibertəhlükələr dayanır. Sadə bir bağlantı şəxsi məlumatlarımızın kibercinayətkarların əlinə keçməsinə şərait yarada bilər.
Publika.az ATV-yə istinadla xəbər verir ki, İKT üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, ictimai "Wi-Fi" şəbəkələrində ən çox rastlanan üsullardan biri "SSID spoofing", yəni şəbəkə adının saxtalaşdırılmasıdır:
"Kiberfırıldaqçılar ictimai yerlərdə rəsmi "Wi-Fi" adına çox bənzər saxta şəbəkələr yaradırlar. İstifadəçi bunu fərqləndirə bilmir və qoşulduğu anda məlumatları oğurlanır. Həmçinin "Captive portal" adlanan sistemlər vasitəsilə istifadəçi saxta səhifələrə yönləndirilə bilər. Əgər cihazınızda fayl paylaşımı açıqdırsa, fırıldaqçılar birbaşa notbuk və ya telefonunuzdakı sənədlərə daxil ola bilərlər".
Mütəxəssis qeyd edir ki, müasir sistemlərin çoxu sertifikatla şifrələnsə də, kibercinayətkarlar hələ də boşluqlar tapmaqda davam edirlər.
Bəhruz Əliyev pulsuz internetdən istifadə edənlərə bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir:
- İctimai "Wi-Fi"a qoşularkən şəxsi e-poçt və şifrələri daxil etməyin;
- Bank tətbiqlərindən və dövlət portallarından istifadə etməkdən çəkinin;
- Cihazınızda "fayl paylaşımı" funksiyasının qapalı olduğundan əmin olun;
- Qoşulduğunuz şəbəkənin rəsmi məkana aid olub-olmadığını dəqiqləşdirin.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı






.jpg)








.jpg)






















