İKT
“Instagram Plus” TEST EDİLİR - “Bunu kim çıxardı axı?” deyənlər də var
"Meta" müxtəlif ölkələrdə "Instagram"ın ödənişli abunəlik modelini sınaqdan keçirməyə başlayıb.
Publika.az xəbər verir ki, "Instagram Plus" adlanan bu versiya əsasən "Instagram Stories" (Hekayələr) bölməsi ilə bağlı yeni funksiyalar təqdim edir.
Şirkət dünən (30 mart, bazar ertəsi) "TechCrunch" texnologiya saytına "Instagram" üçün bu sınaqlara başladığını təsdiqləyib.
"Instagram Plus" ilə gələcək funksiyalardan biri başqasının paylaşdığı hekayəni qarşı tərəf fərqinə varmadan izləyə bilməkdir. Hazırda 24 saat ərzində yoxa çıxan bu paylaşımlara kimin baxdığı hekayəni paylaşan şəxs tərəfindən görülə bilir. Ödənişli abunəçilər öz hekayələrini daha 24 saat yayımda saxlaya biləcək və hər həftə bir hekayəni önə çıxararaq daha görünür edə biləcəklər. Bundan əlavə, bu istifadəçilər öz hekayələrinə neçə nəfərin təkrar baxdığını da biləcəklər.
Abunəçilər "Yaxın Dostlar"dan başqa qeyri-məhdud sayda siyahı yaradaraq hər hekayəni kimlərin görəcəyini müxtəlif qruplar altında fərdiləşdirə biləcəklər.
"Instagram Plus" üzvləri başqalarının hekayələrinə animasiyalı "Super Bəyənmə" də göndərə biləcəklər. Son olaraq, onlar hekayələrini izləyənlərin siyahısında axtarış edə biləcək və bu sayədə siyahını aşağı sürüşdürmədən axtardıqları istifadəçiləri tapa biləcəklər.
"Meta" "Instagram Plus"ı hansı ölkələrdə sınaqdan keçirdiyini və ya abunə haqqınının məbləğini açıqlamayıb, lakin sosial media paylaşımları bəzi ipucuları verir. Bir neçə "X" və "Reddit" postu bu funksiyanın Meksika, Yaponiya və Filippində sınaqdan keçirildiyini göstərir. Skrinşotlardan anlaşıldığı qədər, bu ölkələrdə "Instagram Plus"ın aylıq haqqı müvafiq olaraq 39 Meksika pesosu (təxminən 4 AZN), 319 Yaponiya yeni (təxminən 3.70 AZN) və 65 Filippin pesosudur (təxminən 2 AZN).
Qeyd edilib ki, "Meta" "Instagram Plus"ı digər ölkələrdə də sınaqdan keçirə bilər.
Yeni üzvlük sistemi tətbiq olunarsa, "Meta"nın bu modeldən ciddi gəlir əldə etməsi ehtimal olunur. Digər tərəfdən, istifadəçilər həddindən artıq platformaya ödəniş etməkdən yorulduqları üçün abunə olmamağa da üstünlük verə bilərlər. Məsələn, bəzi istifadəçilər "Instagram Plus" üçün "Bunu kim çıxardı axı?" və "Bu günlərdə hər şeydə mənasız ödənişli abunəliklər var" kimi ifadələr işlədirlər. Bəziləri yeni funksiyaların "məktəblilər" üçün olduğunu düşündüyü halda, digər istifadəçilər reklamları silmək imkanı təklif olunarsa abunə ola biləcəklərini qeyd edirlər. Digər tərəfdən, "Meta"nın bu funksiyalarından sosial media menecerləri və ya fenomenlərin faydalanması da mümkündür. "Meta" "Instagram" premium abunəliyini daha geniş kütlələrə təqdim etməzdən əvvəl sınaqlara davam edəcəyini bildirir.
Xatırladaq ki, Texnologiya nəhəngi yanvar ayında "Instagram", "Facebook" və "WhatsApp" üçün ödənişli abunəlikləri sınaqdan keçirməyi planlaşdırdığını açıqlamışdı.
Hüseyn İbadlı
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir





































