İKT
İctimai TV-də direktor seçkisi ilə bağlı telekanal rəsmisindən açıqlama
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurası hələ ki direktor vakansiyasını elan etməyib.
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yayım şurasının üzvü Azər Həsrət deyib.
O bildirib ki, hələ ki belə bir elan verilməyib:
“Qaydalara görə, belə bir elan verilməlidir, elan verildikdən sonra iddiaçılar öz ərizələrini təqdim etməlidirlər. Ərizələrə münasib qaydada baxılır, sonra da seçki keçirilir. Biz hələ ki onunla bağlı qərar verməmişik”.
A.Həsrət xatırladıb ki, hazırkı direktorun səlahiyyət müddəti may ayında bitir:
“Amma elan verilmədiyinə görə iddialardan da danışmaq olmur”.
Yayım şurasının üzvü vurğulayıb ki, müəyyən kriteriyalara uyğun istənilən şəxs namizədliyini irəli sürə bilər:
“Bir daha deyirəm ki, bu müzakirə hələ ki getmir, elan verilməyib”.
A.Həsrət Yayım Şurasının növbəti iclasının tarixi ilə bağlı sualları da cavablandırıb.
“Bu gün Yayım Şurası üzvləri ilə növbəti iclasın tarixi müzakirə etdik. Ola bilsin ki, yaxın günlərdə, yaxın həftələrdə, hər halda aprel ayı ərzində bizim iclasımız olacaq. İclas təkcə direktor seçimi məsələsi ilə bağlı deyil, sıradan növbəti iclasımız olacaq. Yəqin ki, o məsələ də həmin iclasda müzakirə olunacaq”, - deyə o qeyd edib.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı






.jpg)








.jpg)






















