İKT
Ölən oğlu ilə görüntülü danışır: Dünyanı "ağladan" hadisə
Çində ürəyindən əziyyət çəkən yaşlı qadının hər gün görüntülü danışdığı şəxsin əslində həyatda olmadığı üzə çıxıb. Belə ki, ana vəfat etmiş oğlunun rəqəmsal surəti ilə hər gün söhbət edir, lakin onun öldüyündən tamamilə xəbərsizdir.
Publika.az "South China Morning Post"a istinadən xəbər verir ki, qadının oğlu 2025-ci ildə dəhşətli yol qəzasında həyatını itirib. Anasının ürək xəstəliyini və bu acıya dözə bilməyəcəyini nəzərə alan yaxınları həqiqəti ondan gizlətmək qərarına gəliblər. Çıxış yolu isə Süni İntellekt (Sİ) texnologiyasında tapılıb.
Mərhumun oğlu atasının geniş arxivini - fotoşəkillərini, video və səs yazılarını təqdim edib. Nəticədə yaradılan Sİ-klon təkcə xarici görünüşcə deyil, həm də davranışları ilə orijinalın eynisinə çevrilib. Hətta söhbət zamanı oğlunun virtual surəti sağlığındakı xarakterik vərdişləri də mənimsəyib.
Yaşlı qadına isə oğlunun işləmək üçün başqa şəhərə getdiyi deyilib. O, hər gün ekranda gördüyü canlandırmanın həqiqi insan olduğuna inanaraq onunla dərdləşir, yeməyinə fikir verməsini, isti geyinməsini və sağlamlığını qorumasını tapşırır.
Qadının klonla söhbətlərindən biri ürəkləri dağlayıb: "Mənə tez-tez zəng elə ki, necə olduğunu bilim. Sənin üçün çox darıxıram. Heyf ki, görüşə bilmirik". Süni intellekt isə cavabında ona söz verib ki, kifayət qədər pul qazanan kimi yanına gələcək.
Müəllif: Adəm
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı






.jpg)








.jpg)






















