İKT
Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
Avstraliyalı alimlər səthlə təmas zamanı virusları məhv edə bilən nazik plastik plyonka hazırlayıblar. Yeni texnologiya smartfon ekranları, klaviaturalar, qapı tutacaqları və tibbi avadanlıqlar vasitəsilə infeksiyaların yayılma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Publika.az xarici elmi mənbələrə istinadla xəbər verir ki, innovativ plyonka materialın səthində yerləşən mikroskopik nanodayaqlar əsasında hazırlanıb. Metallar və silisiumdan istifadə edilən ənənəvi virusəleyhinə örtüklərdən fərqli olaraq, yeni yanaşma kimyəvi deyil, virusların mexaniki məhv edilməsinə əsaslanır.
Nanodayaqlar virusun xarici qişasını dartaraq onun bütövlüyünü pozur və bununla da patogenin çoxalma və hüceyrələri yoluxdurma qabiliyyətini aradan qaldırır. Tədqiqatçılar qeyd edirlər ki, qişanın deşilməsi üzərində qurulan əvvəlki yanaşmalarla müqayisədə, məhz dartılma daha səmərəli olub.
Paraqrip insan virusunun üçüncü tipi (hPIV-3) ilə aparılan laborator sınaqlar zamanı virus hissəciklərinin təxminən 94 faizi ya tam məhv edilib, ya da elə zədələnib ki, plyonka ilə təmasdan cəmi bir saat sonra infeksiya yaratmaq qabiliyyətini itirib.
Səmərəliliyin əsas amili nanodayaqlar arasındakı məsafə olub. Ən yaxşı nəticə təxminən 60 nanometr aralıqda əldə edilib. Məsafə 100 nanometrə qədər artırıldıqda qoruyucu təsir nəzərəçarpacaq dərəcədə zəifləyib, 200 nanometrdə isə demək olar ki, yoxa çıxıb.
Tədqiqatın aparıcı müəllifi Samson Manın sözlərinə görə, plyonkanın istehsalı üçün ucuz və elastik plastikdən istifadə olunur və onu adi qida plyonkası kimi sənaye miqyasında istehsal etmək mümkündür. Bu isə texnologiyanı həm məişətdə, həm də tibdə geniş tətbiq üçün perspektivli edir.
“Gələcəkdə bu cür örtüklər aqressiv kimyəvi maddələrdən istifadə etmədən təmas zamanı virusları məhv etmək üçün istifadə oluna bilər”, – deyə tədqiqatçı bildirib.
Hələlik sınaqlar yalnız mexaniki təsirə daha həssas olan, yağlı qişaya malik viruslar üzərində aparılıb. Növbəti mərhələdə texnologiyanın daha dayanıqlı, xarici qişası olmayan viruslara qarşı effektivliyi yoxlanılacaq. Alimlər, həmçinin kütləvi istehsalın başlanması üçün sənaye müəssisələri ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)






.jpg)






















