İKT
Süni intellektlə yeni başlanğıc: "Trendyol" və "PAŞA Holdinq"dən regionlarda qızlar üçün düşərgə
Gəncə və Mingəçevirdə “Trendyol”un, “PAŞA Holdinq”in dəstəyi və “Women in Tech Azerbaijan”ın təşkilatçılığı ilə qızlar üçün “Süni intellektlə yeni başlanğıc” adlı iki günlük düşərgələr təşkil olunub.
Ümumilikdə 4 gün davam edən layihə çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyasında AI imkanları, prompt yazma bacarıqları, təhlükəsiz və etik AI istifadəsi, eləcə də bu bacarıqların karyerada tətbiqi ilə bağlı təlimlərdə iştirak ediblər.
Layihə çərçivəsində hər regiondan 40 nəfər olmaqla, ümumilikdə 80-ə yaxın iştirakçı təlimlərə qoşulub. İştirakçılar tələbələr, yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilib.
“Trendyol” şirkətinin Azərbaycanda korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova Publika.az-a açıqlamasında bildirdi ki, təlimlərdə iştirak edənlər yalnız bu sahədə çalışanlar deyil, eyni zamanda texnologiya sahəsinə yeni qədəm qoyanlar və gələcəkdə bu sahədə karyera qurmaq istəyənlərdir.
.jpg_(2).jpg.jpg)
Onun sözlərinə görə, artıq bir çox sahədə olduğu kimi, “Trendyol” da süni intellektdən geniş şəkildə istifadə edir və bu texnologiya məhsul tövsiyələrindən tutmuş çatdırılma sistemlərinə qədər müxtəlif istiqamətlərdə tətbiq olunur.
Süheylə Cəfərova qeyd etdi ki, şirkət üçün əsas məsələ yalnız texnologiyanın özü deyil, onu formalaşdıran insan resursudur:
“Texnologiya sahəsində qadınların iştirakının artırılmasını vacib hesab edirik. İnanırıq ki, fərqli baxış bucaqları innovasiyanın inkişafında mühüm rol oynayır. Bu düşərgə iştirakçılar üçün yalnız yeni bilik və bacarıqlar əldə etmək platforması deyil, eyni zamanda onların potensialını kəşf etməsi üçün yaradılmış bir fürsətdir”.

Bu gün əldə olunan ilkin bilik və təcrübə gələcəkdə daha böyük ideyaların və uğurlu layihələrin əsasını qoya bilər. Qadınların texnologiya sahəsində daha fəal iştirakını təşviq etmək məqsədilə şirkət müxtəlif layihələr, təlim proqramları və inkişaf imkanları yaratmağa davam edir.
“İnanırıq ki, daha inklüziv gələcək daha güclü innovasiya mühiti formalaşdırır və bu düşərgə də həmin yanaşmanın bir hissəsidir. Texnologiya sahəsi isə davamlı öyrənmə və inkişaf tələb edir”, - deyə o vurğuladı.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Leyla Seyidzadə bu layihənin əsas məqsədinin gəncləri süni intellekt sahəsində düzgün yönləndirmək olduğunu diqqətə çatdırdı:
“Məqsədimiz gənclərə süni intellektdən düzgün və faydalı şəkildə istifadə etməyi aşılamaqdır. Süni intellekt bizi məhdudlaşdırmır, əksinə qarşımızda yeni imkanlar açır. Əsas məqsədimiz süni intellekti sağlam və düzgün formada təbliğ etməkdir. Hazırda insanlar ya süni intellektdən yanlış şəkildə istifadə edir, ya onun potensialından tam yararlanmır, ya da onları işsiz qoyacağından narahatdırlar. Əslində isə belə deyil. Süni intellekt bizim üçün ən böyük dəstəkçi, köməkçi və eyni zamanda əməkdaş rolunu oynaya bilər. Ondan düzgün istifadə etdikdə, peşəkar olaraq inkişaf edə və əmək bazarında daha sürətli şəkildə öz yerlərini tuta bilərlər”.
Müəllif: Roza Şəfiyeva
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO








.jpg)



























.jpg)


