İKT
“Samsung” istifadəçilərinə üzücü xəbər
“Samsung” korporasiyası smartfon istifadəçiləri üçün Android yenilənməsinin buraxılış müddətlərini gecikdirib.
Publika.az xəəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, Koreya brendinin telefonlarının yeni Android versiyasına çatdırmalı olan One UI 8.5 yenilənməsi yubanıb. Qeyd olunub ki, “Samsung Galaxy S25” seriyasından başlayaraq daha köhnə cihazlara qədər yüz milyonlarla “Galaxy” sahibi bu yeniliyi gözləyir.
Nəşrin müəllifləri qeyd ediblər ki, brendin smartfon sahibləri digər məsələlərlə yanaşı, təhlükəsizliklə bağlı da narahatdırlar. Əvvəllər Samsung reklam materiallarında One UI 8.5 proqram təminatının təhlükəsizlik parametrləri üzərində daha aydın nəzarəti təmin edəcəyini iddia edirdi. Yeni funksiyalara oğurluqdan müdafiə, uğursuz identifikasiya zamanı bloklama və şəxsiyyətin yoxlanılması daxildir.
Forbes jurnalistlərinin istinad etdiyi insayderlər “Samsung”un yenilənməni 30 apreldə buraxacağını ehtimal edirdilər. Daha sonra bu müddət 4 maya keçirilib, lakin həmin gün də heç bir dəyişiklik baş verməyib. “Samsung”un texniki dəstək nümayəndələri narahat istifadəçilərin suallarına cavab verə bilməyiblər. İT nəhənginin təmsilçiləri uzun müddətdir yenilənməni gözlədiklərini anladıqlarını, lakin daxili ilkin yenilənmə cədvəlini təqdim edə bilməyəcəklərini qeyd ediblər.
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























