İKT
"Apple" "Android"ə görə ayağa qalxdı
"Apple" korporasiyası monopoliya yaratmaqda ittiham olunan "Google" şirkətinə dəstək nümayiş etdirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Avropa Komissiyası "Android" əməliyyat sistemini üçüncü tərəfin süni intellekt xidmətləri üçün açmağa məcbur etmək məqsədilə "Google"a qarşı antitehisar işi aparır. "Google" bu təklifi tənqid etsə də, "Apple" korporasiyası da əməliyyat sisteminin süni intellekt xidmətləri üçün açılmaması çağırışı ilə çıxış edib.
Tim Kuk tərəfindən idarə olunan şirkət, Avropa Komissiyasının "Google"u Rəqəmsal Bazarlar Aktına əməl etməyə məcbur edən tədbirlər layihəsinə rəy bildirmək təklifinə cavab verib. Apple kəskin etiraz bildirərək faktiki olaraq rəqibinin əməliyyat sisteminin bütövlüyünü müdafiə edib. İT nəhənginin nümayəndələri vurğulayıblar ki, təklif olunan tədbirlər təcili və ciddi narahatlıq doğurur, çünki onların təsdiqlənməsi istifadəçilərin məxfiliyi, təhlükəsizliyi, eləcə də cihazların bütövlüyü və məhsuldarlığı üçün ciddi risklər yaradacaq.
Həmçinin "Apple" Avropa tənzimləyicisinin texniki səriştəsinə və obyektivliyinə şübhə ilə yanaşdığını bildirib
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























