İKT
Yaşayış və iş yerini, səyahət məlumatlarını paylaşanların nəzərinə! - Təhlükədəsiniz
Yaşayış yerləri, iş yeri, qohumlar və ya səyahət marşrutları haqqında məlumatlar sosial şəbəkələrdə ictimaiyyətə açıq olmamalı və ya bu cür informasiyaları tanımadığınız insanlarla paylaşmamalısınız.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik bununla yanaşı pasport məlumatları, telefon nömrələri, SNILS (Fərdi Sığorta Hesabı Nömrəsi), VÖEN , icbari tibbi sığorta məlumatları, eləcə də müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş loqin və şifrələri də heç kimə açıqlamamağı tövsiyə edib.
Bundan əlavə, sosial şəbəkə hesablarına daxil olmaq üçün istifadə edilən SMS mesajlarını və "push" bildirişləri ilə bağlı kodların da başqaları ilə paylaşılması təhlükəlidir.
Qeyd edilib ki, yaşayış və iş ünvanları, qohumlar haqqında məlumatlar və səyahət marşrutları da çox vaxt insanlara adi gəlsə də, bu tip detallar heç kimə bəlli edilməməlidir.
Çünki bu cür məlumatlar cinayətkarlar tərəfindən potensial qurbanın rəqəmsal profilini yaratmaq üçün istifadə edilə bilir. Daha sonra bu məlumatlar saxta hücumların hazırlanması və həyata keçirilməsi üçün effektli şəkildə istifadə edilir.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























