İKT
"Android" istifadəçilərinə xəbərdarlıq - Məlumatlarınız oğurlana bilər
Rusiya Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi "Android" cihazlarını hədəf alan yeni zərərli proqram barədə xəbərdarlıq edib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “Drama RAT” adlı proqram uzaqdan idarəetmə funksiyası ilə istifadəçilərin şəxsi məlumatlarını oğurlaya, bank tətbiqlərinə müdaxilə edə və hətta telefonu tam bloklaya bilir.
Zərərli tətbiq quraşdırıldıqdan sonra yenilənmə adı ilə əsas casus komponenti arxa planda yükləyir. Daha sonra isə istifadəçidən “Xüsusi İmkanlar Xidməti”nə giriş icazəsi tələb olunur.
Bu icazə verildiyi halda proqram ekranı oxumaq, şifrələri və təsdiq kodlarını ələ keçirmək, həmçinin istifadəçi hərəkətlərini təqlid etmək imkanı qazanır. Son mərhələdə isə cihaz üçün məcburi PIN təyin edilərək telefonun uzaqdan kilidlənməsi mümkün olur.
Qeyd edək ki, mütəxəssislər istifadəçiləri tanımadıqları mənbələrdən tətbiq yükləməməyə və icazələrə diqqətlə yanaşmağa çağırır.
Müəllif: Roza
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























