İKT
Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir? - İlginc məlumatlar
Jurnalist Eynulla Fətullayev son günlər ətrafında yaranan müzakirələrlə bağlı iki ayrı açıqlama yayıb. Açıqlamalardan biri son proseslərə münasibətə həsr olunub, digərində rəhbərlik etdiyi Haqqın.az saytının satışı məsələsinə aydınlıq gətirilib.
Fətullayev bildirib ki, Haqqın.az notariat qaydasında Adəm İsmayılova satılıb. Bu açıqlamadan sonra ictimaiyyət arasında Adəm İsmayılovun kimliyi və onun ölkənin tanınmış informasiya resurslarından birini hansı məqsədlə aldığı barədə suallar yaranıb.
Publika.az xəbər verir ki, Adəm İsmayılov Azərbaycan ictimai-siyasi mühitində yeni sima deyil. O, ötən il sabiq deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyasını da alıb. Həmin dövrdə keçirilən qurultaydan sonra partiyanın sədri seçilən İsmayılovun bu prosesdə ciddi maliyyə resurslarından istifadə etdiyi barədə müxtəlif iddialar səsləndirilib.
İsmayılovun adı daha əvvəl də mediada müxtəlif məsələlər kontekstində hallanıb. Yerli mətbuatda onun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqələrinin olduğu barədə məlumatlar dərc edilib. Həmin yazılarda o, Çovdarovun yaxın çevrəsinə aid şəxs kimi təqdim olunub.
Bundan başqa, Adəm İsmayılov və qardaşı Azər İsmayılovun adları Bakıda tikinti layihələri ilə bağlı mübahisəli məsələlərdə də çəkilib. Yerli mediada yayılan məlumatlara görə, onlar Yasamal rayonu ərazisində yaşıllıq sahələrinin məhv edilməsi hesabına Milli Məclis deputatları və əməkdaşları üçün yaşayış binasının tikintisi layihəsində iştirak ediblər. Yaşıllıq ərazinin kütləvi məhv edilməsi ilə bağlı İctimai etirazlardan sonra layihənin dayandırıldığı bildirilirdi.
Adəm İsmayılov bir müddət Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ekspert və idarə rəisi kimi fəaliyyət göstərib. Daha sonra dövlət xidmətindən ayrılaraq ictimai-siyasi fəaliyyətə üstünlük verib.
O, həmçinin bir müddət televiziya kanallarından birində yayımlanan “Qırmızı masa” adlı ictimai-siyasi debat layihəsinə rəhbərlik edib, lakin sonradan bu layihənin də fəaliyyəti dayandırılıb.
Hazırda Adəm İsmayılov Vəhdət Partiyasının sədri olmaqla yanaşı, politoloq kimi də fəaliyyət göstərir.
Qeyd edək ki, Eynulla Fətullayevın sözlərinə görə, o, artıq Türkiyəyə köçüb və orada yaşayır. (Globalinfo.az)
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























