İKT
"Google" agentləri hərəkətə keçdilər - İstifadəçilər belə izlənəcək
"Google" süni intellekt əsaslı yeni axtarış agentləri funksiyasını istifadəyə verib.
Publika.az "9to5Google" portalına istinadla xəbər verir ki, bu funksiya internetdəki dəyişiklikləri avtomatik izləyir və istifadəçilərə axtarış sorğularını əllə təkrar etmədən vacib məlumatlar barədə bildiriş göndərir.
Bildirilib ki, yeni agentlər fon rejimində işləyərək xəbər saytları, bloqlar, sosial şəbəkələr, həmçinin maliyyə, alış-veriş və idman hadisələri ilə bağlı məlumatları fasiləsiz analiz edir.
İstifadənin əsas ssenarilərindən biri məlumat agentləridir. Onlar istifadəçinin maraqlandığı mövzuları izləyir və real vaxt rejimində yeni nəşrlər əsasında xülasələr formalaşdırır. Məsələn, sistem müəyyən edilmiş parametrlərə uyğun olaraq ev satışı və ya kirayəsi elanlarını özü axtara və uyğun variantlar çıxdıqda bildiriş göndərə bilir.
"Gemini" tətbiqindəki gündə bir dəfə işə düşən standart avtomatik tapşırıqlardan fərqli olaraq, yeni axtarış agentləri daha sürətli fəaliyyət göstərir. "Google"un bildirdiyinə görə, onlar şəbəkədəki dəyişiklikləri demək olar ki, fasiləsiz izləmək və aktual yeniləmələri istifadəçilərə təqdim etmək qabiliyyətinə malikdir.
Funksiyanı aktivləşdirmək üçün "AI Rejimi"ndən istifadə etmək və "məni məlumatlı saxla" və ya "yeni məlumat olanda mənə xəbər ver" kimi ifadələrlə sorğu göndərmək kifayətdir. Bundan sonra sistem seçilmiş mövzunun izlənilməsini öz üzərinə götürür.
İlkin mərhələdə bu texnologiyaya yalnız aylıq 99-199 dollar dəyərində olan "Google AI Ultra" premium abunəliyi olan istifadəçilər çıxış əldə edib. Bununla belə, Google funksiyanın "AI Rejimi"nin artıq mövcud olduğu bütün dilləri və bazarları dəstəklədiyini bildirir. Beləliklə, yenilik həm də Rusiyadan olan istifadəçilər üçün əlçatandır.
Xatırladaq ki, daha əvvəl Google nitqi real vaxt rejimində tərcümə etmək üçün "Gemini 3.5" audio modelini təqdim etmişdi.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur









.png)






.jpg)





















