İKT
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
"Apple" şirkətinin payızda təqdim edəcəyi flaqman modeli "iPhone 18 Pro"nun ilkin satış qiyməti gözləniləndən xeyli baha ola bilər.
Publika.az xəbər verir ki, smartfonun baza versiyasının qiymətinin 1299 dollardan başlayacağı gözlənilir ki, bu da hazırkı "iPhone 17 Pro" ilə müqayisədə 200 dollar bahadır. Qiymət artımının əsas səbəbi cihazın maya dəyərinin kəskin yüksəlməsidir. İstehsal xərclərinin artmasına birinci növbədə operativ (RAM) və fləş-yaddaş (daxili yaddaş) mikrosxemlərinin bahalaşması, həmçinin yeni aparat təminatı həllərinin tətbiqi təsir göstərir.
"TechInsights" araşdırma şirkətinin məlumatına görə, yeni nəsil smartfonlar üçün nəzərdə tutulan 12 QB-lıq operativ yaddaş dəstinin qiyməti cari modellərlə müqayisədə dörd dəfəyə yaxın arta bilər. Eyni vəziyyət daxili yaddaş bazarında da müşahidə olunur və burada da qiymətlər bir neçə dəfə yüksəlib.
Hesablamalara görə, dəyişikliklər fonunda baza "iPhone 18 Pro" modelinin maya dəyəri 582 dollardan 726 dollara qədər qalxa bilər. Cari gəlirlilik səviyyəsini qorumaq üçün "Apple" artan xərclərin bir hissəsini birbaşa alıcının üzərinə qoymağa məcbur olacaq.
Qeyd edək ki, "Apple"ın rəhbəri Tim Kuk artıq şirkətin yaddaş çiplərinin bahalaşması səbəbindən qiymətləri qaldırmağı planlaşdırdığını etiraf edib. O, bildirib ki, texnologiya nəhəngi bu xərcləri artıq öz büdcəsi hesabına kompensasiya edə bilmir.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























