İKT
"WhatsApp"ın yeni rəhbəri o oldu - Foto
2026-cı il iyunun 22-də "Meta Platforms" şirkəti Hindistanın "CRED fintech" startapının təsisçisi Kunal Şahın "WhatsApp"ın qlobal rəhbəri vəzifəsinə təyin olunduğunu rəsmi şəkildə açıqlayıb.
Publika.az xəbər verir ki, bu kadr dəyişikliyi strateji əməkdaşlıq sazişi ilə müşayiət olunur.
Məlumata görə, "Meta" "CRED" şirkətinin səhmlərinin 20 faizini əldə etmək üçün 900 milyon dollar investisiya yatıracaq. Bu sövdələşmədən sonra şirkətin bazar dəyəri təxminən 4,5 milyard dollar olaraq qiymətləndirilir.
Kunal Şah yeni vəzifəsində yeddi il ərzində "WhatsApp"a rəhbərlik etmiş Uill Katkartı əvəz edəcək. Katkart isə "Meta"dan ayrılmayacaq və şirkətin süni intellekt məhsullarının hazırlanması ilə məşğul olan daxili laboratoriyalarına rəhbərlik edəcək.
"Meta"ya keçidi ilə əlaqədar Kunal Şah "CRED"in gündəlik idarəetməsindən uzaqlaşacaq, lakin şirkətdə əsas səhmdar statusunu qoruyub saxlayacaq.
Şirkət həmçinin bildirib ki, 900 milyon dollarlıq saziş çərçivəsində "Meta"nın "CRED" istifadəçilərinin məlumatlarına çıxışı olmayacaq.
Rəsmi açıqlamadan əvvəl məsələ ilə bağlı yayılan iddialar şərh edilməsə də, Kunal Şahın təyinatı və sövdələşmənin detalları "Bloomberg" və "Reuters" tərəfindən təsdiqlənib. (Oxu.az)
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























