İKT
"ChatGPT" və "Claude" ÇÖKDÜ
ABŞ-da ChatGPT və Claude xidmətlərində kütləvi nasazlıq yaranıb.
Publika.az “DownDetector” saytının statistikasına istinadla xəbər verir ki, ABŞ-da minlərlə istifadəçi ChatGPT və Claude xidmətlərinin işləməməsindən şikayət edib. Nasazlıq təxminən bir saat davam edib.
"OpenAI" şirkətinin xidmətlərində problem təxminən saat 15:45-də başlayıb. Şikayətlərin sayı 17:45-də zirvəyə çatıb və həmin vaxt süni intellekt alətlərinin işində 230 nasazlıq qeydə alınıb. Şikayətlərin böyük əksəriyyəti (83%) ChatGPT-nin əlçatmazlığı, 7%-i isə "Codex" ilə bağlı olub. Nasazlıq xəritəsinə görə, problemlərlə bağlı ən çox Nyu-York, Boston, Vaşinqton, San-Fransisko və Los-Anceles sakinləri məlumat veriblər.
"Claude" xidmətində isə nasazlıqlar daha qısa müddət ərzində — saat 16:53-dən 17:23-dək müşahidə olunub. Məhz 17:23-də xidmətin işləməməsi ilə bağlı şikayətlərin sayı pik həddə (7246) çatıb, ardınca isə hesabatların sayında kəskin azalma baş verib. Şikayətlərin əksəriyyəti (43%) "Claude Chat", 25%-i mobil tətbiq, 24%-i isə "Claude Code" xidməti ilə bağlı olub.
Xəbər hazırlandığı vaxtda qeyd olunan bütün xidmətlərin işi bərpa olunub. Nasazlıqların səbəbi barədə məlumat verilmir.
Hüseyn İbadlı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...








.jpg)




























.jpg)


