İKT
"Nokia" süni intellekti "keçmişə" apardı - Yeni düyməli telefonlarda nələr var?
"HMD Global" şirkəti beynəlxalq bazarda dörd yeni düyməli telefonu – "Nokia 200 4G", "Nokia 210 4G", "Nokia 215 4G 2nd Edition" və "Nokia 235 4G 2nd Edition" modellərini təqdim edib.
Publika.az "MT.Today"ə istinadla xəbər verir ki, klassik form-faktora baxmayaraq, cihazlar müasir smartfonlara xas olan bir sıra funksiyalar, o cümlədən daxili süni intellekt və videozəng dəstəyi ilə təchiz olunub.
Təqdim olunan bütün modellər videozəng dəstəyi olan "Xpress" messenceri ilə təchiz edilib. Bu məqsədlə cihazlar 0,3 MP-lik ön kamera ilə təchiz olunub. Həmçinin, daxil olan zəngləri cavablandıra, cihazın ayrı-ayrı funksiyalarını idarə edə, fənəri yandıra və zəngli saatı tənzimləyə bilən süni intellekt əsaslı daxili səs köməkçisi də mövcuddur.
Bundan əlavə, yeni modellər düyməli telefonlar üçün uyğunlaşdırılmış bir sıra bulud xidmətlərini dəstəkləyir. İstifadəçilər üçün xəbərlər, hava proqnozu, qısa videolar və digər onlayn məzmunu olan mini-tətbiqlər əlçatandır.
"Nokia 215 4G 2nd Edition" və "Nokia 235 4G 2nd Edition" modelləri 2,8 düymlük ekranlarla təchiz edilib, "Nokia 200 4G" və "Nokia 210 4G" modellərində isə 2,4 düymlük ekranlar quraşdırılıb. Digər bir fərq isə əsas kameradadır: "Nokia 210 4G"-də 0,3 MP-lik modul, "Nokia 235 4G 2nd Edition"-da isə 2 meqapiksellik kamera var. Bazada olan "Nokia 200 4G" isə əsas kamera və daxili fənərdən məhrumdur.
Telefonlar satışa bir neçə rəng variantında çıxarılacaq. "Nokia 200 4G" sarı, qara və mavi, "Nokia 210 4G" ağ və mavi, "Nokia 215 4G 2nd Edition" qara və qırmızı, "Nokia 235 4G 2nd Edition" isə qara və göy rənglərdə olacaq. Qiymətlər hələlik açıqlanmır.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























