İKT
Balakişi Qasımov: “Ənənəvi televiziya özünün son 10 ilini yaşayır”
Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır.
Publika.az xəbər verir ki, bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov "Real TV"də yayımlanan Media Masası proqramında deyib.
"Uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir",- deyə B. Qasımov bildirib.
İTV rəhbəri özünün də televiziya verilişlərini sosial media üzərindən izlədiyini bildirib.
O, Azərtac, Report və Apa kimi informasiya agentliklərinin xəbər yayımında televiziyaları qabaqladığını da vurğulayıb.
"Həm ona görə ki, onlar daha çevikdir, həm də etimad qazanıblar", - B. Qasımov qeyd edib.
Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: "Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya Titanik gəmisi kimi batır. İndi iki yol var, ya Titanikdəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq".
İTV rəhbəri çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür.
"Bizim növbəti bir neçə illik planımız ondan ibarətdir ki, öz platformamız üzərində işləyirik. O platformanın biri xəbəryönümlü, digəri əyləncəli olacaq", - B. Qasımov bildirib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)






























