İKT
Telefonunuzdakı bu tətbiqləri dərhal silin
Smartfonlarda əvvəlcədən quraşdırılmış tətbiqlərin əksəriyyəti ya faydasızdır, ya da digər proqramların funksiyalarını təkrarlayır.
Publika.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, smartfon istehsalçıları kommersiya məqsədləri ilə cihazlara tərəfdaş şirkətlərin tətbiqlərini əvvəlcədən quraşdırırlar. Onlar cihazın normal işləməsinə zərər vermədən silinə biləcək beş növ tətbiqi sadalayıblar.
İlk növbədə, SİM-kart quraşdırıldıqdan sonra mobil operator tərəfindən avtomatik yüklənən tətbiqlərin silinməsi tövsiyə olunur.
İkinci kateqoriyaya smartfon istehsalçılarının zavoddan quraşdırdığı proqramlar daxildir. Məsələn, "Samsung" cihazlarında "Things" və "Wearable", "Motorola" telefonlarında "Notifications", "Google" cihazlarında isə "YouTube Music" və "Google TV" kimi tətbiqlər əvvəlcədən quraşdırılır. Məlumata görə, bu proqramların bir çoxu reklam bildirişləri göndərmək üçün istifadə olunduğundan onların silinməsi məsləhət görülür.
Bundan başqa, "Samsung"un "Samsung Calendar", "OnePlus"un "My Files" kimi tətbiqləri əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır və istifadəçilər üçün əlavə fayda vermir.
Ekspertlər bildiriblər ki, istehsalçılar bəzən tərəfdaş şirkətlərin tətbiqlərini cihazlara quraşdıraraq bunun müqabilində gəlir əldə edirlər.
Məqalədə vurğulanıb ki, əksər hallarda smartfonlara ayrıca antivirus proqramı quraşdırmağa ehtiyac yoxdur. Çünki bu cür tətbiqlər çox vaxt əməliyyat sisteminin daxili təhlükəsizlik mexanizmlərinin işinə mane ola bilir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)






























