İKT
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Şagirdlərin rəqəmsal texnologiyalara marağının artırılması və proqramlaşdırma bacarıqlarının inkişafına yönəlmiş “Azercell Cup – 2026” müsabiqəsinin ikinci mərhələsi uğurla yekunlaşıb.
Publika.az xəbər verir ki, müsabiqənin yarımfinal mərhələsində 211 şagird iştirak edib. Avtomatik qiymətləndirmə sistemi vasitəsilə 2339 həll yoxlanılıb. Yarımfinal mərhələsində 200 və daha çox bal toplamış 160 şagird finalda iştirak hüququ qazanıblar. Müsabiqənin final mərhələsi 26 sentyabr 2026-cı il tarixində əyani formatda keçiriləcək.
Artıq beşinci dəfə təşkil olunan “Azercell Cup” ümumtəhsil müəssisələrinin VI–VII sinif şagirdləri arasında proqramlaşdırma, alqoritmik düşüncə və rəqəmsal bacarıqların inkişafına xidmət edir. Müsabiqənin məqsədlərindən biri də istedadlı şagirdlərin erkən yaşlardan müəyyən edilərək informatika, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramlarına cəlb olunmasıdır.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)






























