İKT
“1xeber” – 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
19 iyul 2016-cı il tarixində sosial şəbəkələr üzərindən fəaliyyətə başlayan “1xeber” bu gün artıq 10 illik uğur yolunu geridə qoyur.
Publika.az xəbər verir ki, fəaliyyətə başladığı ilk gündən “1xeber”in əsas məqsədi cəmiyyət üçün əhəmiyyət kəsb edən sosial, ictimai-siyasi və aktual hadisələri operativ, obyektiv və məsuliyyət prinsiplərinə sadiq qalaraq ictimaiyyətə çatdırmaq olub. Hələ sosial medianın xəbər mənbəyi kimi yeni formalaşdığı dövrdə “1xeber” Azərbaycanda bu sahədə peşəkar fəaliyyət göstərən ilk xəbər platformalarından biri kimi öz yerini tutdu və qısa müddətdə geniş oxucu auditoriyasının etimadını qazandı. Ötən 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə izləyicilərə çatdırmaqla yanaşı, cəmiyyətin həssas problemlərinə də xüsusi diqqət ayırıb.
Bu gün “1xeber” yalnız xəbər paylaşan platforma deyil. O, insanların müraciət ünvanına çevrilmiş, sosial problemlərin ictimailəşdirilməsində fəal iştirak edən, operativliyi və etibarlılığı ilə seçilən media resursudur. “1xeber”in 19 iyul 2016-cı ildə başladığı bu yol bu gün daha böyük inamla davam edir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)































