İKT
Süni intellektin müasir sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
Süni intellektin (Sİ) müasir sivilizasiya üçün daha bir təhlükəsi müəyyən edilib.
Publika.az xəbər verir ki, "Bloomberg" süni intellektin vergi gəlirlərini azalda və böhrana səbəb ola biləcəyini yazıb.
Agentliyin məqaləsinə görə, Sİ-nin sürətli inkişafının sivilizasiya üçün əsas təhlükəsi əksər hökumətlərin büdcələrini əsaslandırdığı gəlir vergisi sisteminin məhv edilməsi ola bilər.
Nəşr qeyd edir ki, müasir ölkələrin gəlirlərinin əsas hissəsi şəxsi gəlir vergiləri və əmək haqqı vergiləri hesabına formalaşır. Süni intellektin inkişafı və insanların yüksək maaşlı peşələrdən kənarlaşdırılması səbəbindən ölkələr vergi gəlirlərinin azalması və işsizlik müavinətləri, sosial dəstək üçün xərclərin artması ilə üzləşə bilərlər.
Sİ-nin artıq əmək bazarına təsir göstərdiyi vurğulanır və bir çox şirkətdə ixtisarların baş verdiyinə diqqət çəkilir.
Kredit təşkilatları və iri şirkətlər bəzi işçilərini Sİ sistemləri ilə əvəz etməyi düşünürlər, proqramlaşdırma da daxil olmaqla, bir zamanlar ən perspektivli hesab edilən peşələr isə bu prosesə ən çox həssas olanlar arasında yer alır.
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
















.png)




















