İKT
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”
"Space TV" bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Publika.az xəbər verir ki, kanalın yaydığı məlumata görə, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib.
Açıqlamada qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevral ayından etibarən "Space TV"yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Qeyd edilib ki, keçmiş baş direktor Vado Korovin və həmin dövrdə icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış idarəetmə prinsiplərindən uzaq model tətbiq ediblər. Nəticədə kanal sistemli şəkildə zəifləyib, peşəkar media qurumu kimi inkişaf etmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmənin təsiri altında fəaliyyət göstərib. Bunun nəticəsində maliyyə intizamının pozulduğu və strateji inkişafın zəiflədiyi vurğulanıb.
Bildirilib ki, kanalın maddi-texniki bazası da faktiki olaraq iflic vəziyyətinə salınıb. Belə ki, balansda olan 24 xidməti avtomobildən cəmi ikisi işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi uzun müddət həyata keçirilməyib. Studiyaların baxımsız saxlanıldığı, texniki infrastrukturun isə müasir televiziya tələblərindən geri qaldığı qeyd olunub.
Açıqlamaya əsasən, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi addımların atılacağı bildirilib.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir. Qərarda qeyd edildiyi kimi, bu tədbir əməkhaqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Kanalın normal fəaliyyətini davam etdirdiyi vurğulanıb.
"Space TV" hazırda kanalda genişmiqyaslı islahat proqramının həyata keçirildiyini də açıqlayıb. Məlumata görə, qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara verilib, yeni pavilyonlar inşa olunub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni sənədli və televiziya filmləri, həmçinin xüsusi televiziya buraxılışları hazırlanıb. Bununla yanaşı, onlarla peşəkar kadr işə qəbul edilib, inzibati binada və həyətdə əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir LED sistemləri və monitorlar quraşdırılıb.
Açıqlamada qeyd olunub ki, hazırda kanalın proqram siyasəti tamamilə yenidən formalaşdırılır. Bildirilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Məqsədin "Space TV"ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə yol verilmiş ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirmək olduğu vurğulanıb.
Sonda bildirilib ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə, həyata keçirilən islahatların isə kanalın inkişafını təmin edəcəyinə əminlik ifadə olunur.
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir









.png)



























