İKT
ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
"Qualcomm" şirkəti müştərilərini smartfonlar, noutbuklar və digər cihazlar üçün nəzərdə tutulan çiplərin qiymətlərinin artacağı barədə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə "The Verge" Bloomberg-ə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "Qualcomm" şirkəti müştərilərə məhsullarının qiymətini "ikirəqəmli faizlə" artırmaq planlarına dair məktub göndərib. Yeni qiymətlər 1 sentyabrdan sonra göndərilən məhsullara şamil ediləcək.
ABŞ şirkəti bu qərarı hazırda da davam edən komponent çatışmazlığı fonunda artan təchizatçı xərclərini kompensasiya etmək imkanlarının tükənməsi ilə izah edib. "Qualcomm" şirkəti həmçinin qiymət artımını elan etməzdən əvvəl alternativ komponent təchizatçıları tapmağa çalışdığını da bildirib.
"Qualcomm"un qərarı əsasən smartfonlar, o cümlədən geniş çeşiddə olan digər cihazların qiymətlərinin artmasına səbəb ola bilər. Şirkətin çipləri yeni qatlanan "Samsung" smartfonları, ağıllı eynəklər və noutbuklar da daxil olmaqla müxtəlif cihazlarda istifadə olunur.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)































