İKT
İctimai birliyin layihəsi başa çatdı
“Qlobal” Media və Siyasət Araşdırmaları İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsal Məkanda Milli Kimlik: Təxribatlara Qarşı Mübarizə” layihəsi uğurla başa çatıb.
Publika.az xəbər verir ki, layihə müasir rəqəmsal informasiya mühitində milli kimliyin qorunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və ictimai şüurun formalaşdırılması istiqamətində maarifləndirmə məqsədi daşıyıb. Layihə çərçivəsində rəqəmsal platformalarda dezinformasiya, informasiya manipulyasiyası və ideoloji təxribatların yaratdığı risklər araşdırılıb, bu sahədə ictimai məlumatlılığın artırılmasına yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirilib.
Layihə müddətində gənclər və ictimaiyyət üçün maarifləndirici təlimlər təşkil edilib, sorğu keçirilib, mövzu üzrə ekspertlərin iştirakı ilə podkast seriyaları hazırlanaraq müxtəlif media platformalarında yayımlanıb, həmçinin analitik məqalələr hazırlanaraq ölkənin nüfuzlu media orqanlarında dərc edilib.
Layihənin icrası nəticəsində iştirakçıların media və rəqəmsal savadlılıq bacarıqlarının inkişafına, dezinformasiyanın tanınması və informasiyanın düzgün qiymətləndirilməsi vərdişlərinin formalaşmasına, eləcə də milli kimliyin qorunması və informasiya təhlükəsizliyi sahəsində ictimai maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verilmişdir. Eyni zamanda layihə çərçivəsində yaradılmış maarifləndirici materiallar və media məzmunları geniş auditoriyanın istifadəsinə təqdim olunub.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)































