İKT
Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
Smartfondakı "güc" düyməsi bir neçə əlavə funksiyanı yerinə yetirə bilər.
Publika.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Müəlliflərin sözlərinə görə, qurğunun işə salınması funksiyasından başqa, telefonun "güc" düyməsindən istifadə etməyin bir çox üsulu mövcuddur. İlk növbədə mütəxəssislər bildiriblər ki, uzunmüddətli basma vasitəsilə səs köməkçisi çağırıla bilər.
"Smartfondan modelindən asılı olaraq, bu halda hansı rəqəmsal köməkçinin işə düşəcəyini tənzimləmək mümkündür", – deyə jurnalistlər qeyd ediblər.
Mütəxəssislər "güc" düyməsinin gizli funksiyalarından biri kimi kamera tətbiqinin işə salınmasını göstəriblər. Adətən bir çox "Android" qurğularında kamera iki dəfə basmaqla açılır. Telefonunuzdakı "güc" düyməsindən istifadə etməyin digər rahat üsulu isə aktiv zənglərin başa çatdırılmasıdır.
Bildirilir ki, "güc" düymənin köməyi ilə təcili xidmətlər də çağırıla bilər. Belə ki, "iPhone"da "Emergency SOS" zəngi üçün tənzimləmədən asılı olaraq düyməni tez bir zamanda üç və ya beş dəfə basmaq tələb olunacaq. Bildirilib ki, bir çox smartfonlarda "güc" düyməsinə müxtəlif əlavə seçimlər – fənərin yandırılmasından tutmuş konkret tətbiqin işə salınmasına qədər – təyin etmək mümkündür.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






.jpg)































