İKT
Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
"Meta" korporasiyasının həmtəsisçisi Mark Zukerberq ABŞ administrasiyasını Çin süni intellekt modellərini qadağan etməməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Financial Times" nəşrinə müsahibəsində danışıb.
Zukerberqin sözlərinə görə, Çinin qabaqcıl süni intellekt texnologiyalarının məhdudlaşdırılması ABŞ şirkətlərinin rəqabət qabiliyyətini artırmaq üçün effektiv yol deyil. O bildirib ki, liderlik uğrunda mübarizədə qadağalar deyil, innovasiya və sağlam rəqabət əsas rol oynamalıdır.
Bu açıqlama Pekində fəaliyyət göstərən "Moonshot AI" şirkətinin hazırladığı "Kimi 3" modelinin təqdimatından sonra səslənib. Bildirilir ki, yeni model imkanlarına görə "OpenAI" və "Anthropic" şirkətlərinin qapalı süni intellekt sistemlərinə xeyli yaxınlaşıb.
"Financial Times" yazır ki, Donald Tramp administrasiyası bu həftə neyroşəbəkə hazırlayan şirkətlərin modellərini istifadəyə verilməzdən əvvəl könüllü şəkildə testə təqdim etməsinə imkan verəcək yeni platforma elan etməyə hazırlaşır.
Zukerberq hesab edir ki, belə yoxlamalar ağıllı və peşəkar mütəxəssislər tərəfindən aparılarsa, bu, sahənin inkişafına müsbət təsir göstərə bilər. Bununla yanaşı, o, iri texnologiya şirkətlərinin tənzimləmə prosesinə öz maraqları naminə təsir göstərməyə çalışa biləcəyini də vurğulayıb.
Xatırladaq ki, ötən həftə ABŞ maliyyə naziri Skott Bessent Çin süni intellekt şirkətlərinə qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməmişdi. ABŞ vitse-prezidenti Cey Di Vens isə iyunun sonunda Çinin məlumat mərkəzləri üçün enerji infrastrukturunu sürətlə inkişaf etdirdiyi üçün süni intellekt sahəsində ABŞ-ı qabaqladığını etiraf etmişdi.
Müəllif: Adəm
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)










.jpg)




















