İKT
Təyyarədə saxta Wi-Fi şəbəkəsi: Sərnişinlərin uçuşu 30 dəqiqə gecikdi
ABŞ-da “Delta Air Lines” aviaşirkətinin Las-Veqasdan Atlantaya uçan reysi təyyarədə aşkarlanan şübhəli Wi-Fi şəbəkəsinə görə təxminən 30 dəqiqə gecikib.
Publika.az xəbər verir ki, sərnişinlər “Delta WiFi Fast” adlı simsiz şəbəkə aşkarlayıblar. Şəbəkənin aviaşirkətin rəsmi interneti kimi görünə biləcəyi, lakin əslində rəsmi şəbəkə olmadığı bildirilib.
Hadisəyə müdaxilə edən ekipaj təyyarənin Wi-Fi sistemini müvəqqəti olaraq söndürüb. Aviaşirkət təyyarənin sistemlərinin sındırılmadığını, rəsmi Wi-Fi şəbəkəsinə və uçuşun idarəetmə sistemlərinə müdaxilə olmadığını açıqlayıb.
Bildirilib ki, uçuş təhlükəsizliyinə təhdid yaranmayıb və təyyarə Atlantaya problemsiz çatıb. Şirkət hadisə ilə bağlı araşdırmaya başlayıb və federal hüquq-mühafizə orqanları, eləcə də aviasiya tənzimləyiciləri ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Hadisə xüsusilə diqqət çəkib, çünki reys kibertəhlükəsizlik konfransının keçirildiyi Las-Veqasdan yola düşüb. Şübhəli şəbəkəni kimin və hansı məqsədlə yaratdığı hələlik məlum deyil.
Ekspertlər sərnişinlərə təyyarədə yalnız aviaşirkət tərəfindən rəsmi şəkildə göstərilən Wi-Fi şəbəkəsinə qoşulmağı tövsiyə edirlər. Çünki saxta şəbəkə vasitəsilə istifadəçiləri aldadaraq onların ötürdüyü məlumatlara çıxış əldə etməyə cəhd göstərilə bilər.
Müəllif: Adəm
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq








.jpg)



























.jpg)


