İKT
"Azercell"in “Oflayn Qadınlar” layihəsi mükafata layiq görüldü
Qadınların çətin həyat şəraitində zəruri məlumat və dəstək resurslarına çıxışını təmin edən sosial təşəbbüs Avropanın ən yaxşı KSM proqramları sırasında yer alıb
Azercell-in çətin həyat şəraitində olan qadınlara dəstək məqsədilə həyata keçirdiyi “Oflayn Qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə növbəti uğura imza atıb. Layihə 23-cü “International Business Awards®” müsabiqəsində Avropa üzrə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” (“Corporate Social Responsibility Program of the Year in Europe”) kateqoriyasında Gümüş Stevie® mükafatına layiq görülüb.
“Oflayn Qadınlar” zorakılığa məruz qalan və ya zorakılıq riski ilə üzləşən qadınların hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında zəruri məlumatlara maneəsiz çıxışını təmin edən rəqəmsal platformadır. Texnologiyanın imkanlarını konkret sosial problemin həllinə yönəldən layihə xüsusilə həssas vəziyyətdə olan və təcili dəstəyə ehtiyac duyan qadınlar üçün kritik məlumatları əlçatan edir.
Layihənin əsas fərqləndirici xüsusiyyəti saytdan mobil balansdan asılı olmayaraq yaranlanmağın mümkün olmasıdır. Belə ki, Azercell abunəçiləri aktiv internet paketi və ya balansları olmadığı halda belə oflaynqadinlar.az platformasına daxil olaraq ehtiyac duyduqları məlumat və dəstək resurslarından yararlana bilirlər.
Dünyanın aparıcı biznes mükafatları proqramlarından biri olan “International Business Awards®”ın 2026-cı il müsabiqəsinə 82 ölkədən 3400-dən artıq müraciət təqdim olunub. Müxtəlif sahələri təmsil edən təşkilatlar beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Belə yüksək rəqabət şəraitində “Oflayn Qadınlar” layihəsinin Avropa üzrə Gümüş Stevie® mükafatına layiq görülməsi Azercell-in sosial innovasiya sahəsində həyata keçirdiyi təşəbbüsün beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Azercell korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyərin yaradılması, rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və həssas qrupların dəstəklənməsi istiqamətində davam etdirir.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)























