İKT
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
2008-ci ildən bəri xidmətdə olan və texnoloji ömrünü başa vuran “Türksat 3A” peykindən televiziya və radio yayımlarının yeni nəsil peyklərə (“Türksat 4A”) köçürülməsi uğurla başa çatıb.
Publika.az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Onun sözlərinə görə, avqustun 15-dən 16-na keçən gecə həyata keçirilən əməliyyat zamanı 573 televiziya və 215 radio kanalı yeni peyklərə keçirilib. Təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib.
“Türksat 4A” peykinə keçmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
Peyk: TÜRKSAT 4A
Tezlik: 12245 MHz
Polarizasiya: H (Üfüqi)
Simvol Tezliyi: 27500
Modulyasiya: DVB-S2 8PSK
FEC: 5/6
Qeyd edək ki, dünəndən etibarən Azərbaycan vətəndaşları çanaq antenləri vasitəsilə Türkiyə televiziya kanallarının yayımında problemlərin olduğunu bildirmişdilər. (Axar.az)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)























