İKT
Mətbuat Şurası Rusiya mediasında Azərbaycana qarşı yönəlmiş təhqir və təhdidləri qətiyyətlə pisləyir
Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır. Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.
Publika.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Təəssüf hissi ilə qeyd olunub ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir.
"Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.
Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.
Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır.
Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır.
Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.
Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.
Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır", - bəyanatda qeyd olunub.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)























