Süni intellektə görə qlobal yaddaş böhranı - RAM qiymətləri rekord vurur
Bizi izləyin

İKT

Süni intellektə görə qlobal yaddaş böhranı - RAM qiymətləri rekord vurur

Süni intellektə görə qlobal yaddaş böhranı - RAM qiymətləri rekord vurur

ABŞ-da DDR5 operativ yaddaşının qiymətləri son bir ildə ayrı-ayrı seqmentlərdə beş dəfəyə yaxın artıb, bəzi dəstlərin dəyəri isə 3400 dollara yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “PCPartPicker”in məlumatlarına istinadla “Tom's Hardware” nəşri məlumat yayıb.

Ən çox böyük tutumlu dəstlər bahalaşıb. 64 QB həcmində (hər biri 32 QB olmaqla 2 ədəd) “DDR5-5600” dəstinin orta qiyməti 2025-ci ilin avqustundakı 191 dollardan 2026-cı ilin avqustunda 1118 dollara yüksəlib – yəni 485% artıb. Eyni həcmli “DDR5-6000” isə 222 dollardan 1272 dollara qədər və ya 473% bahalaşıb. 32 QB-lıq “DDR5-6000” dəsti üçün artım 429% təşkil edib: 108 dollardan 572 dollara qədər.

Digər dəstlərin qiymətləri də əvvəlki minimum göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, 128 QB-lıq “DDR5-6400” hazırda tarixən ən aşağı göstərici olan 329 dollarla müqayisədə təxminən 3399 dollara təklif olunur. 64 QB həcmində “DDR5-6000” dəstinin qiyməti isə tarixən ən aşağı göstərici olan 159 dollardan 849 dollara qədər qalxıb.

Qıtlıq daha köhnə “DDR4” yaddaş modellərinə də təsir göstərib. Onun dəyəri il ərzində təxminən 120-180% artıb. Belə ki, 32 QB həcmində “DDR4-3200” dəstinin qiyməti 105 dollardan 281 dollara qədər, 64 QB-lıq “DDR4-3600” isə 300 dollardan 789 dollara qədər bahalaşıb.

Almaniyanın “ComputerBase” nəşrinin məlumatına görə, qiymət artımı yalnız ABŞ-da müşahid olunmur: Avropada operativ yaddaşın orta dəyəri 2025-ci ilin sentyabrı ilə müqayisədə 345% artıb. Eyni zamanda sərt disklər və SSD toplayıcıları da 125%-dən çox bahalaşıb.

“Tom's Hardware” yaddaş qıtlığını süni intellekt infrastrukturu tərəfindən olan yüksək tələbatla əlaqələndirir. Nəşrin yazdığına görə, iri bulud hesablama provayderləri artıq 2027-ci il üçün qlobal DRAM istehsalı güclərinin əhəmiyyətli hissəsini rezerv ediblər və bu da fərdi kompüter və smartfon istehsalçılarına daha az əlçatan komponent saxlayır.

Nəşrin qiymətləndirməsinə görə, qiymətlərin əhəmiyyətli dərəcədə enməsi yalnız süni intellekt bazarından olan tələbatın hiss olunacaq dərəcədə azalması halında mümkündür.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm