İKT
Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verildi - FOTO
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Skautlar Assosiasiyasının dəstəyi ilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına həsr edilən təlimlərə başlanılıb.
Publika.az xəbər verir ki, "Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin qorunması" mövzusunda təlimlərin ilk tədbiri Xocavənd rayonunun Hadrut qəsəbəsində təşkil olunub.
Qeyd olunub ki, təlim qəsəbədə məskunlaşan ailələrin uşaqları üçün keçirilib.
Tədbirdə uşaqlara internetdən və sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları izah olunub, şəxsi məlumatların, parolların və fotoşəkillərin tanımadıqları şəxslərlə paylaşılmasının yarada biləcəyi risklər barədə məlumat verilib.
Həmçinin kibertəhlükələr, kiberzorakılıq, saxta hesablar və şübhəli keçidlərdən qorunma, internetdə tanış olduqları şəxslərlə ünsiyyət zamanı diqqətli davranmağın vacibliyi barədə maarifləndirici söhbətlər aparılıb. Uşaqlara rəqəmsal mühitdə qarşılaşdıqları təhlükəli və ya narahatedici hallarda valideynlərinə, müəllimlərinə və digər etibarlı böyüklərə müraciət etməyin vacibliyi çatdırılıb.
Təlim zamanı uşaqların internetdən daha faydalı və səmərəli istifadə etmələri, rəqəmsal savadlılıqlarının artırılması və sağlam onlayn davranış vərdişlərinin formalaşdırılması istiqamətində praktiki tövsiyələr verilib.
Qeyd edək ki, avqustun 18-20-si Xocavənd rayonunun 4 məntəqəsində ümumilikdə 120 uşağın iştirakı ilə bu mövzuda təlimlərin keçirilməsi nəzərdə tutulur. Növbəti tədbirlərin Xocavənd şəhərində, Qırmızı Bazar qəsəbəsində və Sos kəndində təşkil olunması planlaşdırılır.
Təlimlərin keçirilməsində əsas məqsəd uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onları internet mühitində mövcud risklər barədə məlumatlandırmaq və təhlükəsiz rəqəmsal davranış qaydalarını aşılamaqdır.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)























