İKT
“Nokia” üç ölkəni tərk edir - Şirkət tənəzzül yaşayır
Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia” 2026-cı ilin sonuna qədər Çindəki bütün zavodlarını bağlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla “South China Morning Post” (SCMP) nəşri yazır.
Qeyd olunur ki, 2025-ci ilin sonuna “Nokia”nın Çin, Honq Konq və Tayvandakı ştatı təxminən 7,2 min nəfər təşkil edib. Şirkət 2026-cı ilin sonunadək onların böyük əksəriyyətini ixtisar etməyi planlaşdırır.
Mənbələrdən birinin sözlərinə görə, “Nokia”nın biznesi son illərdə tənəzzül yaşayır, bu səbəbdən şirkət ölkədəki əməliyyatlarına düzəliş etmək qərarına gəlib.
Xatırladaq ki, iyulun 22-də “GSMArena” nəşri yazıb ki, “HMD” şirkəti brendin sudan və tozdan mühafizə olunan ən əlçatan modeli kimi təqdim edilən “Nokia 123 Shield” düyməli telefonunu nümayiş etdirib. Avropada yeni məhsul artıq təxminən 35 avro qiymətinə satışa çıxarılıb.
İstehsalçının bəyan etdiyinə görə, “Nokia 123 Shield” IP65 standartının tələblərinə cavab verir ki, bunun da sayəsində yağışdan, sıçrayışlardan, qumdan və tozdan qorunur. Telefon həmçinin sürüşməyən yan çərçivələrə və qulaqlıq ilə enerji yığma konnektorlarını qoruyan rezin kipləşdiricilərə sahib olub.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)
























