İKT
Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal ödənişlərin tətbiqini genişləndirmək məqsədi ilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal həllər təqdim edən “Clopos” startapı ilə strateji tərəfdaşlığa başlayıb.
Publika.az xəbər verir ki, Bir, İİQA və “Clopos” arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn (“end-to-end”) rəqəmsal həll tətbiq edir. Bir ekosisteminin infrastrukturu üzərində qurulan bu həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət göstərən şəxsi gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.
Həll müştərilər üçün daha rahat və sürətli xidmət təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və HoReCa bizneslərini bir araya gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına töhfə verməkdir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)






.jpg)























