İKT
Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
Sankt-Peterburq sakini Olqa keçmiş sevgilisinin “ChatGPT” tənzimləmələrini gizlicə dəyişərək, neyroşəbəkənin mübahisəli situasiyalarda hər zaman onun tərəfini tutmasını təmin etdiyini üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
Olqanın nəşrə bildirdiyinə görə, artıq keçmiş sevgilisi olan gənc ondan xəbərsiz “ChatGPT” hesabının tənzimləmələrində dəyişiklik edib. O, sistemə təlimat verib ki, kişi və qadınlar arasındakı münaqişələrin müzakirəsi zamanı daha çox kişilərin lehinə arqumentlər gətirsin. Bundan əlavə, o, Olqanın guya “kənd mənşəli” olmasını əsas gətirərək, tənzimləmələrə kobud leksikadan istifadə edilməsi tələbini də əlavə edib.
Olqa etiraf edib ki, tərəf müqabilinin davranışını psixoloji baxımdan qiymətləndirməyə çalışaraq, şəxsi münaqişələrin təhlili üçün tez-tez süni intellektin köməyinə müraciət edib. O, gənc tərəfindən dəyərsizləşdirilməsi ilə bağlı narahatlıqlarına təsdiq axtardığı bir vaxtda, qarşı tərəf bütün iddiaları müntəzəm olaraq rədd edir və baş verənləri qızın hadisələri yanlış yozması ilə əlaqələndirirdi.
Qız tərəf müqabilini manipulyasiyada ifşa etdikdə, o, əməlini “zarafat” kimi qələmə verməyə çalışıb. Lakin Olqa onun bu hərəkətini şəxsi sərhədlərin ciddi şəkildə pozulması kimi qiymətləndirib, mənşəyi ilə bağlı rəyi isə hörmətsizlik əlaməti kimi qəbul edib.
Hüseyn İbadlı
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ

















.jpg)

.jpg)
















