İKT
Kompüteri “həyata qaytarmağın" gizli yolu
CMOS-un sıfırlanması kompüterin fəaliyyətində yaranan bir çox problemi həll etməyə imkan verəcək.
Publika.az xəbər verir ki, bu barədə “XDA” nəşri məlumat yayıb.
Portalın jurnalisti Abhinav Rac izah edib ki, müasir stasionar kompüterlərdəki nasazlıqların əhəmiyyətli hissəsi ana plata ilə bağlıdır. Bununla əlaqədar mütəxəssis istifadəçilərə CMOS tənzimləmələrini sıfırlamağı tövsiyə edib və bunun necə yerinə yetiriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, CMOS - ana plata üzərində yerləşən və BIOS/UEFI tənzimləmələrini saxlayan yaddaş çipidir. Bu tənzimləmələrin zavod parametrlərinə sıfırlanması əməliyyat sisteminin (ƏS) yüklənməsi zamanı qara ekran problemini, yaddaşın təlimi xətalarını, cihazın konfiqurasiyaları dəyişdirildikdən sonra yaranan çətinlikləri və digər nasazlıqları həll etməyə kömək edəcək. Rac CMOS-un sıfırlanmasını kompüteri bərpa etməyin gizli üsullarından biri adlandırıb, çünki bu əməliyyat üçün ana plataya fiziki çıxış lazımdır.
Jurnalist CMOS-u sıfırlamaq üçün kompüterin korpusunu açmağı və ana platadakı xüsusi yuvada yerləşən batareyanı çıxarmağı tövsiyə edib. Bundan sonra təxminən beş dəqiqə gözləmək, ardından isə onu yenidən yerinə yerləşdirmək lazımdır.
“CMOS-un sıfırlanması, şübhəsiz ki, universal çarə olmasa da, fəaliyyət göstərdiyim dövrdə rast gəldiyim bir çox kompüteri “həyata qaytarıb””, - deyə nəşrin müəllifi yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar






.jpg)









.jpg)






















