Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır
Bizi izləyin

İKT

Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Yerli telekommunikasiya bazarında ilk dəfə abunəçilər “Steam” balansını əlavə komissiya və vergi ödəmədən mobil hesabları vasitəsilə artıra biləcəklər.

Publika.az xəbər verir ki, Azercell abunəçilərinə yeni “Steam Top-Up” xidmətini təqdim edir. Yeni xidmət istifadəçilərə “Steam” hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu imkanı təqdim edən yeganə mobil operatordur.

“Steam Top-Up” xidməti sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən “Steam” hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.

Yeni xidmət oyun həvəskarlarına “Steam” platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.

Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.

“Steam Top-Up” xidmətinin istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır.

Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm